image-rt-reklam
image-1backend

Ukrayna bu tarixdə SÜQUT EDƏCƏK – ABŞ-dan sonra Avropa da Kiyevi meydanda tək qoyur…

image-728x90

Ukraynanın vəziyyəti “rusca”dır. ABŞ artıq əlini Ukraynanın üzərindən çəkir. Bu da o deməkdir ki, digər Avropa ölkələri də tədricən Ukraynaya yardımları azaldacaq. Hələ ötən həftə Ukrayna prezidentinin keçmiş müşaviri Aleksey Arestoviç demişdi ki, “ABŞ Kiyevi sülhə məcbur etmək üçün Ukraynaya hərbi yardımı dayandırıb”.

Ötən günsə ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə maraqlı açıqlamalar verib. O bildirib ki, ABŞ Kiyevə yardımları dayandırmaq məcburiyyətindədir:

“Biz Ukraynanı hava hücumundan müdafiə imkanları ilə təmin edirdik. Təəssüf ki, hazırda bunu edə bilmərik”.

Ən maraqlısı da odur ki, Kirbi perspektiv üçün də heç nə vəd etməyib. O qeyd edib ki, Konqres ABŞ-ın xarici müttəfiqlərini, o cümlədən İsrail və Ukraynanı maliyyələşdirməyə dair qanun layihəsinin müzakirəsini dayandırıb.

Nə təsadüfdürsə, Kirbinin bəyanatından az sonra ABŞ-nin Pensilvaniya ştatındakı sursat zavodunda güclü yanğın baş verib. Bəzi xarici KİV-lər iddia edir ki, həmin zavodda Ukrayna üçün mərmilər istehsal olunurmuş.

Həm zavodda baş verən yanğın, həm də Konqresin mövqeyi ABŞ-ın Ukraynaya hərbi və maliyyə yardımlarının dayandırılmasına güclü əsas verir.

Vaşinqton Ukrayna kitabını qapatmaq qərarına gəlib

Amma bu qərar nə Konqresin mövqeyi ilə, nə də ki, hərbi zavodun yandırılması ilə bağlı deyil. Təbii ki, bunlar hamısı bəhanədir. ABŞ sadəcə bu bölgədə öz istəyinə nail olub. Rusiya ilə Avropa arasında bir cəhənnəm bataqlığı yaradılıb. Buna qədərsə Ukraynanın iqtisadi sərvətləri ABŞ və onun müttəfiqləri tərəfindən sümürülüb aparılıb.

Yəni Ukraynada ABŞ üçün maraqlı heç nə yoxdur. Ən əsası Ukrayna ABŞ-a artıq maliyyə yüküdür. Co Baydensə seçki öncəsi büdcə vəsaitlərini Zelenskiyə bağışlamaq istəmir. Əks təqdirdə payız seçkilərində respublikaçılar bunun hesabını demokratlardan, dolayısı ilə Baydendən soruşacaqlar. Ona görə də Bayden hadisələri bir qədər qabaqlamaq istəyir.

ABŞ eni münaqişə ocağı axtarışındadır.

Təsadüfi deyil ki, amerikalılar bu günlər əsas diqqəti Yaxın Şərqə yönəldiblər. Ağ Ev hesab edir ki, Ukraynadakı münaqişə İsrail ətrafındakı vəziyyətdən çox fərqlidir. ABŞ iddia edir ki, onlar daha çox hava hücumlarının dəf edilməsində birbaşa iştirak edirlər, amma hücumlarda yox.

Bütün hallarda isə Bayden hökümətinin geri çəkilməsi qarşıdan gələn seçkilərlə bağlıdır. Çünki Demokratlardan fərqli olaraq Respublikaçılar qlobal qarşıdurmalardan qaçır, diqqəti daha çox ölkənin daxili problemlərinə yönəldir. Son zamanlar ABŞ iqtisadiyyatında yaranmış acınacaqlı vəziyyətsə Demokratların bir növ “dilini gödək edib”. Ona görə də Bayden höküməti ən azından seçkilərə qədər münaqişə ocaqlarına maliyyə yardımlarını azaltmaq istəyir.

Rusiya ABŞ-ı ifşa edir.

Rusiya davamlı şəkildə bəyan edir ki, Ukrayna ilə sülh danışıqlarına biləvasitə ABŞ əngəl olur. Təbii ki, bu da təkcə Baydenin şəxsi reputasiyasına yox, həm də ABŞ-ın beynəlxalq nüfuzuna zərbə vurur.

Məlum olduğu kimi Rusiya iddia edir ki, Ukraynaya silah tədarükü nizamlanmaya mane olur. NATO ölkələri birbaşa münaqişəyə cəlb olunub və onlar “atəşlə oynayır”. Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən həftə qeyd edib ki, belə vəziyyətdə Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək:

“ABŞ və NATO münaqişədə təkcə tərəf kimi iştirak etmir, həm də silah tədarükü ilə məşğul olur. Bundan əlavə Böyük Britaniya, Almaniya, İtaliya və digər ölkələrdə kadrların hazırlanması ilə məşğuldur. Ukraynanı Qərb silahları ilə doldurmaq isə danışıqlara kömək etmir. Əksinə prosesə mənfi təsir göstərir”.

Rusiya hesab edir ki, ABŞ hərbi yardımı dayandırdığı təqdirdə Zelenski Moskva ilə danışıqlara getmək zorunda qalacaq.

ABŞ-ın geri çəkilişi Zelenskini ciddi şəkildə narahat edir.

Ona görə o ilk dəfə ABŞ-ı yox, Almaniyanı örnək kimi göstərir. Ötən şənbə Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Almaniya kansleri Olaf Şolts ilə vacib, məhsuldar söhbət oldu:

“Ukraynaya əlavə “Patriot” sistemi və mövcud hava hücumundan müdafiə sistemlərini tamamlamaq üçün raketlər vermək qərarına görə kanslerə minnətdaram. Bu, bizim üçün kritik bir zamanda Ukraynaya dəstəyin real təzahürüdür. Mən tərəfdaş ölkələrin bütün digər liderlərini bu nümunəni təkrarlamağa çağırıram”.

Təbii ki, ABŞ-ın Ukrayna səhnəsindən geri çəkilməsi xəbərinin özü müharibəyə öz təsirini göstərib. Məsələn, İtaliyanın “La Vanquardia” nəşri ötən gün yazıb ki, Ukrayna Silahlı Qüvvələrinin generalları cəbhədə Rusiya ordusunun üstünlüyü ələ keçirməsi faktını qəbul edirlər:

“Rusiya qoşunlarının sayı Ukrayna əsgərlərindən təxminən yeddi-on dəfə çoxdur. Həmçinin, Ukrayna Silahlı Qüvvələri cəbhə xəttinə daha çox canlı qüvvə toplasa belə, Kiyevin adekvat silahları yoxdursa, bu əsgər üstünlüyü də uğur üçün kifayət etməyə bilər”.

Nəşr həmçinin yazıb ki, Ukrayna 2022-ci ilin fevralından bəri ən kritik vəziyyəti yaşayır:

“Kiyevin indi daha çox əsgərə, silaha və Qərbin dəstəyinə ehtiyacı var”.

Təsadüfi deyil ki, Ukraynada kütləvi səfərbərlik başlanıb. İnsanları küçələrdən tutub birbaşa cəbhəyə yollayırlar. Məsələn, sosial şəbəkələrdə Ukraynanın “İnqulets”, “Çayka” və digər futbol klublarının keçmiş futbolçusu Nikolay Stetsenko hansı şəraitdə Ukrayna Silahlı Qüvvələrinin sıralarına düşdüyünü yazıb. 28 yaşlı Stetsenko karyerasını Odessanın “Real Farma” komandasında davam etdirməyi planlaşdırırdı. Lakin yarımmüdafiəçi müqavilə imzalamalı olduğu stadiona gedərkən TTK nümayəndələri ilə qarşılaşıb və bir neçə saat sonra isə özünü ön cəbhədə tapıb.

Bu cür özfəaliyyətlə təbii ki, Ukrayna mobil və güclü Rusiya ordusu qarşısında dayana bilməz. Məhz bu və digər səbəblərə görə “BBC hesab edir ki, Ukrayna 2024-cü ildə məğlubiyyətlə üzləşə bilər:

“Ukrayna ordusu qalib gələ bilməyəcəyini hiss edib hətta təslim ola bilər. Eyni zamanda, Rusiyanın istənilən hücumu sadəcə olaraq Ukraynanın mənəviyyatını pozmaq və onun Qərb tərəfdarlarını məsələnin ümidsiz olduğuna inandırmağa yardım edəcək”.

Beləcə, Ukrayna dövləti qürub edir. Amma acı mənzərədə ABŞ özünü günahkar bilmir. Adını təmizə çıxartmaq üçün Vaşinqton daha tez meydandan qaçmaq istəyir. Bu da yeni məsələ deyil. ABŞ heç bir münaqişədə tərəfdaşını sona qədər müdafiə etməyib.Bizim.Media

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90