image-rt-reklam
image-mixail-podolyakbackend

Ukrayna anonsunu verdi: Moskva və Sankt-Peterburqa zərbələr endiriləcək – VİDEO

image-728x90

Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixail Podolyak Rusiyada Moskva, Sankt-Peterburq və Yekaterinburq kimi şəhərlərə zərbələr vurulacağını bildirib.

“Rəsmi olaraq təsdiq edirəm ki, Rusiya Federasiyasında müharibənin daxili eskalasiyası qaçılmazdır və müxtəlif hədəflərə zərbələr endiriləcək”, – deyə Podolyak bildirib.

“Niyə, kim tərəfindən və hansı səbəbdən – bunu müzakirə edə bilmərik, bizdə ictimai məlumat çatışmazlığı var”, – deyən Podolyak Ukraynanın Rusiyaya zərbə vurmadığını qeyd edib.

Müşavir bununla belə, Rusiyanın daxili bazarında müharibənin qızışmasının qaçılmaz olacağını vurğulayıb.

“Moskva, Sankt-Peterburq, Yekaterinburq kimi ərköyün, tənbəl, başqa reallıqda yaşadığını düşünən şəhərlər zərbələrə məruz qalacaq”, – deyə o əlavə edib.

Podolyak bu eskalasiyanın artıq Rusiya Federasiyasının daxili problemi olduğu ilə sözlərini yekunlaşdırıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90