image-rt-reklam
image-3backend

Uğurlu Əməkdaşlıq  formatları və Zirvə görüşü

image-728x90

Dünya ictimayyətinədə məlumdur ki Azərbaycan   Prezidenti İlham Əliyev cənabları cari ilin 24 noyabr  tarixində H. Əliyev Mərkəzində BMT nin Mərkəzi Asiya Ölkələrinin  İqtisadiyyatları üçün Xüsusi Proqramın SPECA nın iştirakçı ölkələrinin dövlət və  hökümət başçılarının zirvə görüşündə geniş məruzə ilə çıxış etdi. O öz çıxışında  qeyd etdiki ,,Hal  hazırda Azərbaycan SPACA ya  sədrlik edir. Məlumat üçün deyirəmki  bu il  bu qurumun 25 cı ildönümüdür. Bu gün Azərbaycan ,Qazaxstan,Qırgızstan,Tacikstan,Türkmənistan və Özbəkstan bir sıra  formatlarda ugurla  əməkdaşlıq edir. Mənim dəvətimlə  Zirvə görüşündə Gürcüstantanın  və Macarıstanın Baş nazirləri  Körfəz  Əməkdaşliq Şurasının Baş katibi fəxri qonaq qismində iştirak edirlər.Onu da qeyd etmək yerinə düşərdi ki, SPECA yarananda  üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar.Hər birimizə də məlumdur ki sabitlik olmadan heç bir  iqdisadi  inkşafdan söhbət gedə bilməzdi.Azərbaycan Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni  əlaqələr bağlayır.Azərbaycan özüdə strateji  əhəmiyyəti artmaqda olan vahid  tarixi mədəni  və geosiyasi məkandır.Onu da qeyd etmək istəyirəm ki,bu bizim ardıcıl siyasətimizin davamıdır.Hazırkı Zirvə görüşü Düşənbə görüşünün məntiqi  davamı kimi qiymətləndirilməlidir.Azərbaycanın güclü iqtisadiyyatı müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaradır.Son 20il ərzində Azərbaycanın ümumi daxili məhsulu 4dəfə artıb .Büdcə gəlirləri 30dəfədən çox artmışdı.İndi Azərbaycanda  əlverişli investisiya mühiti yaradılıb.Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard  ABŞ dollarından çox sərmayə qoyub.

Müstəqilliyimizin  ilk illərində ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazilərin təxminən 20faizi  Ermənistan tərəfindən işğal edilmişdir.Bu təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı  öz dədə -baba yurdlarından qovulmuşdu.Otuz ilə yaxın aparılan danışıqlar hec bir nəticə verməmişdi .Çünki ermənilərin məqsədi bu torpaqları əllərində saxlamaq idi.2020ci ilin noyabr ayında Azərbaycan öz tarixini ən parlaq qələbəsinə imza atdı.Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı  bərpa -quruculuq  işləri həyata keçirilir.İlkin mərhələdə 100yaşayış məntəqəsinin o cümlədən 9şəhər və 8qəsəbənin bərpa edilməsi nəzərdə tutulur.

,, Böyük qayıdış proqramı əsasında  məcburi köçkünlər öz yurdlarına qayıdırlar.

Hacıyeva Gülnarə

Nəsimi rayonu  İctimai Şuranın üzvü

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90