Kişilərin dominant olduğu bir cəmiyyətdə qadınların yüksək UĞUR qazanmasının səbəbi öz uğuruna inanmaqdır.
Uğur qazanmaq, cəmiyyətdə öndə olmaq hər adama, xüsusən də xanıma nəsib olmur. Amma uğura gedən yolda bütün tabulara sinə gərmək olduqca çətindir. Bu çətinliyi, maneələri aşmaq isə hünər istəyir. Bu gün bu ugurlara öz zəhməti ilə nail olan, öz kübarlığı hər kəsin hörmətini qazanan Məlahət xanım Qurbanovadan söz açacayıq.
Məlahət Qurbanova 5 may 1959-cu ildə Qazax rayonunda dünyaya göz açıb. Bakı Dövlət Universitetinin hüquq fakültəsini əla qiymətlərlə başa vurub. Məlahət xanım hər zaman haqqın yanında olub. Ona üz tutanlara öz dəstəyini əsirgəməyib.
Gözəl ailə başçısı, qayğıkeş anadır – Fatimə adlı bir qızı var.
Sözsüz bütün uğurların başlanğıcı inamdan asılıdır. Öz uğruna inanan Məlahət xanım Azərbaycan adının zirvələrə daşınmasında böyük işlər görüb. Hər kəsə bəllidir ki, uğurun arxasında yuxusuz gecələr, çətin iş qrafiki gəlir. Məlahət xanım bir Azərbaycan xanımı, bir ana olaraq bu çətinliklərin öhdəsindən gəlib.
O, hər zaman ona üz tutanları naümid yola salmayıb. Onun evinin də, iş yerinin də, qəlbinin də qapıları dostlar üçün taybatay açıqdır. Təravəti solmayan gülərüz çöhrəsi, nurlu aurası xoşniyyətli qonağı səhər mehi kimi qarşılayır. Məlahət xanım Azərbaycan xanımının nurlu simasıdır. Bu gün bu dəyərli xanımın, ziyalı Azərbaycan qızının doğum günüdür. Doğum gününüz mübarək Məlahət xanım!
Qoşqar SALMANLI