image-rt-reklam
image-sibackend

“Üçlük” ABŞ-a sui-qəsd hazırlayır – Trampdan müəmmalı mesaj: Putinə salamımı çatdırın

image-728x90

ABŞ prezidenti Donald Tramp deyib ki, Çin lideri Si Cinpin Kremlin rəhbəri Vladimir Putin və Şimali Koreya lideri Kim Çen Inla birlikdə Amerikaya qarşı “sui-qəsd” hazırlayır.

Ulusal.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb:

“Amerika Birləşmiş Ştatlarına qarşı sui-qəsd hazırladığınız zaman mənim ən xoş salamlarımı Vladimir Putin və Kim Çen Ina çatdırın”.

ABŞ prezidentinin mesajı Çinin İkinci Dünya Müharibəsində Yaponiyanın təslim olmasının 80-ci ildönümünü qeyd etmək üçün dünya liderlərini tarixdəki ən böyük paradda qəbul edərkən gəlib.

“Cavab verilməli olan böyük sual: Çin sədrinin Amerika Birləşmiş Ştatlarının çox dost olmayan xarici işğalçıdan AZADLIĞL təmin etmək üçün Çinə verdiyi böyük dəstəyi və “qanı” xatırlayıb-xatırlamayacağıdır. Bir çox amerikalı Çinin qələbə axtarışında həlak olub. Ümid edirəm ki, onlar şücaətlərinə görə xatırlanacaqlar”, – Tramp yazıb.

O, həmçinin “Si və gözəl Çin xalqı”na “böyük və uzun bir bayram günü” arzulayıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90