image-rt-reklam
image-1backend

Turqut Karataş üsyan etdi: – Yardım puluna tamah edən övladlarımdan imtina etdim…

image-728x90

Bir müddətdir xərçənglə mübarizə aparan Ankaralı Turqut sosial media hesabında övladlarına üsyan edib. Müğənni “Yardım puluna tamah edən övladlarımdan imtina etdim!” deyib.

Ankaralı Turqut ” kimi tanınan və uzun müddət tənha həyat sürən məşhur xalq müğənnisi Turqut Karataş mədə ağrısı ilə getdiyi xəstəxanada xərçəng xəstəliyinə tutulduğunu öyrənib. Xəstəlik zamanı 13 kilo arıqlayan və maddi cəhətdən çətinlik yaşayan Ankaralı Turqut müalicəyə başlaya bilməyib.

Bundan sonra qızının evinə köçən müğənniyə dostları və yaxınları dəstək olub və ona yardım pulu yığılıb.

Amma buna baxmayaraq, sənətçi bu cür iddialar edib:

“27 ildir mənim pulumla dolanırlar, nə vaxtsa özləri pul qazanıblar? Biz kürəkəni yedizdiririk. Onlar heç vaxt halal pul yeməyiblər. Yığılmış dərman pulunu məni hədələməklə almaq istəyirlər!”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90