image-2000x150
image-1678358556_49backend

TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının 10-cu iclası keçirilib

image-728x90

Bu gün TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının 10-cu iclası keçirilib. İclasın keçən ayın 8-10 tarixlərində Türkiyədə keçirilməsi nəzərdə tutulurdu. Qardaş ölkədə baş vermiş zəlzələ səbəbilə iclas təxirə salınmış və bu gün on-line rejimdə keçirilib.

Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının 10-cu iclasında “TÜRKPA-nın 15-ci ildönümü: Üzv dövlətlər arasında əməkdaşlıq” mövzusunda Hesabat müzakirəyə çıxarılıb. Hesabat Milli Məclisin üzvü, TÜRKPA Azərbaycan heyətinin üzvü Cavanşir Feyziyev tərəfindən müzakirəyə təqdim olunub. Hesabat müzakirələrdən sonra qəbul olunub.

İclasda həmçinin TÜRKPA üzv dövlətlər arasında əməkdaşlıq mövzusunda Tövsiyyə Qərarı səsə qoyularaq qəbul olunub. Komissiya İclasında 1 komissiyanın adının dəyişdirilməsi və 2 yeni komissiyanın yaradılması ilə bağlı məsələlər də müzakirə olunub.

Sonda Komissiyanın növbəti XI iclasının 2024-cü ildə Bakıda keçirilməsi və XI iclasın mövzusunun “Üzv dövlətlərdə elmi- texnoloji sahədə əməkdaşlıq” olacağı qərara alınıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90