image-rt-reklam
image-1backend

Türkmənbaşı şəhərində yüksək zirvə görüşü: Türk dünyasının birliyi və strateji əməkdaşlığın möhkəmlənməsi

image-728x90

Avqustun 22-də Türkmənistanın Türkmənbaşı şəhərində Türk dünyasının geosiyasi xəritəsində mühüm əhəmiyyət kəsb edən yüksək səviyyəli üçtərəfli görüş keçirildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri hörmətli Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyev sammitin yekunlarına dair mətbuat üçün birgə bəyanatla çıxış etdilər.
Bu görüş Türk dövlətləri arasında siyasi, iqtisadi və logistik əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Əldə olunan razılaşmalar təkcə üç dövlətin maraqlarına deyil, bütövlükdə Orta Asiya və Qafqaz regionunun davamlı inkişafına və sabitliyinə xidmət edir.
Özbəkistanda fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələri olaraq biz bu sammiti böyük ümid və sevinc hissi ilə izlədik. Görüşdə müzakirə olunan əsas məsələlər — enerji daşıyıcılarının ixracı, logistika marşrutlarının inkişafı, rəqəmsal infrastruktur, əmtəə dövriyyəsinin artırılması və mədəni-humanitar əlaqələrin genişləndirilməsi ölkələrimiz arasında strateji tərəfdaşlığın gələcəyinə dair böyük perspektivlər açır.
Zəngəzur dəhlizi və Transxəzər marşrutu* kimi layihələrin bu əməkdaşlıq çərçivəsində dəstəklənməsi, Türk dövlətlərini birləşdirən qlobal nəqliyyat arteriyalarının formalaşması deməkdir. Bu isə təkcə iqtisadi deyil, həm də mədəni və mənəvi yaxınlaşma üçün zəmin yaradır.
Azərbaycan, Türkmənistan və Özbəkistan tarixən ortaq mədəniyyətə, dilə və dəyərlərə malik xalqlardır. Bu gün dövlət başçılarının iradəsi ilə həmin dəyərlər siyasi və iqtisadi sahədə real nəticələrə çevrilir.
Respublika Azərbaycan milli mədəniyyət mərkəzinin kollektivi və diaspor icması olaraq, biz bu cür təşəbbüsləri dəstəkləyir, xalqlarımız arasında dostluq və əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verməyə davam edəcəyik.

image-2

Mobil Məmmədov
Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin İdarə Heyətinin sədri 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90