image-rt-reklam
image-1backend

Türkiyəyə gedənlərə xəbərdarlıq: Barmaq izinin götürülməsi hansı problem yaradacaq?

image-728x90

Türkiyədə xarici vətəndaşlardan barmaq izinin alınması layihəsinin elan edilməsi rusiyalı turistlər üçün problem yaratmamalıdır.

Bunu Türkiyə Səyahət Agentlikləri Birliyinin (TÜRSAB) rəhbəri Firuz Bağlıkaya bildirib.

Bir müddət əvvəl Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri ölkəsinin əcnəbilərdən barmaq izlərinin götürüləcəyini bildirmişdi. Rusiyanın Türkiyədəki səfirliyi bildirib ki, mövcud məlumata görə, yenilik turistlərə şamil edilməyəcək.

Bağlıkaya qeyd edib ki, barmaq izi toplama sistemi bir neçə il ərzində mərhələlərlə tətbiq olunacaq. Onun sözlərinə görə, bu, Türkiyəyə daxil olarkən turistlərin vaxt itkisinə səbəb olmamalıdır.

“Bu baxımdan bizim rusiyalı qonaqların narahat olmağa əsası yoxdur”, – deyə Baqlıkaya bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90