Türkiyə 2023-cü ilin ilk 7 ayında 30 milyon 93 min 446 turistə ev sahibliyi edib.
Ulusal.az xəbər verir ki, Türkiyəyə gələn turistlərin 26 milyon 766 min 240-ı əcnəbi, 3 milyon 327 min 206-sı isə xaricdə yaşayan Türkiyə vətəndaşları olub.
Yanvar-iyul ayları arasında Türkiyəyə gələn əcnəbilərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 16,22 faiz artb.
Türkiyəyə gələn turistlərin əksəriyəti Rusiya vətəndaşı olub. Məlumata əsasən, bu il Rusiyadan Türkiyəyə gələn turistlərin sayı 3 milyon 498 min 614 nəfərə çatıb.
Eyni dövrdə Almaniyadan 3 milyon 211 min 724, Böyük Briyaniyadan 2 milyon 63 min 740 turist gəlib.
Qeyd edək ki, Bolqarıstan və İrandan gələn turistlərin sayında artım müşahidə olunub.