image-rt-reklam
image-1backend

Türkiyəyə 2,8 milyard dollarlıq DƏSTƏK

image-728x90

Fevralın 6-da baş verən dağıdıcı zəlzələlərdən sonra beynəlxalq təşkilatlar Türkiyəyə maliyyə dəstəyi verib.

Bu barədə “Anadolu” məlumat yayıb.

Bu çərçivədə zəlzələdən dəyən zərərin aradan qaldırılması üçün Dünya Bankı 1 milyard 440,8 milyon dollar verib.

Avropa Yenidənqurma və İnkişaf Bankı təxminən 277,3 milyon dollar, Asiya İnfrastruktur İnvestisiya Bankı 100 milyon dollar, İslam İnkişaf Bankı 200 milyon dollar maliyyə dəstəyi verib.

Bundan əlavə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi təxminən 138,4 milyon dollar, Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı isə 200 milyon dollar köçürüb.

Digər tərəfdən, Avropa Komissiyasının ötən ilin mart ayında Brüsseldə keçirdiyi Beynəlxalq Donorlar Konfransında Türkiyəyə 1,6 milyard avro qrant və 4,3 milyard avro kredit ayırmağı öhdəsinə götürüb.

Konfransda Avropa Birliyinə üzv olmayan ölkələr də Türkiyəyə 336,5 milyon avro qrant verəcəklərini açıqlayıblar. Bu ölkələr arasında 105,2 milyon avro ilə Birləşmiş Ərəb Əmirlikləri, 94,8 milyon avro ilə Azərbaycan və 46,3 milyon avro ilə Küveyt seçilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90