image-rt-reklam
image-1backend

Türkiyənin turizm gəliri 2023-cü ildə 54 milyard 315 milyon dollara çatıb

image-728x90

Türkiyənin turizm gəliri 2023-cü ildə 54 milyard 315 milyon dollar olub.

Ulusal.az xəbər verir ki, Türkiyə Statistika İdarəsinin məlumatına görə, turizm gəlirləri keçən il əvvəlki ilə görə 16,9 faiz artaraq 54 milyard 315 milyon 542 min dollara çatıb.

Türkiyədən xarici ölkələrə gedənlərin sayı isə 2023-cü ildə bir əvvəlki il ilə müqayisədə 11,1 faiz artaraq 57 milyon 77 min 440 nəfərə çatıb. Bunların 13,5 faizi, 7 milyon 730 min 473 nəfəri xaricdə yaşayan vətəndaşlar olub.

Keçən il idman, təhsil və mədəniyyət xərcləri 70,7 faiz, yemək-içmək xərcləri 33,2 faiz, yaşayış xərcləri 27 faiz artıb.

Ziyarətçilərin gəlmə məqsədində ilk yerdə 67,6 faiz ilə “səyahət, əyləncə, idman və mədəni fəaliyyətlər” tutarkən, xaricdə yaşayan vətəndaşlar Türkiyəyə 67,4 faiz ilə ən çox “qohum və dostları ziyarət etmək” üçün gəliblər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90