Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Özbəkistanda Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. Görüşdən sonra verilən açıqlamalarda iki ölkə arasında əlaqələrin daha da gücləndirilməsi və əməkdaşlığın artırılmasının vacibliyi vurğulanıb.
Məlumata görə, görüşdə iki ölkə arasında mədəniyyət və turizm əməkdaşlığının genişləndirilməsi məsələləri ön plana çıxıb: “Mehmet Nuri Ersoy Özbəkistanın Türkiyənin turizm təcrübələrindən yararlanmaq istədiyini ifadə edərək, Türkiyənin illik hədəfi olan 60 milyon turistlə sürətli böyüməsini nümunə göstərib”.