image-rt-reklam
image-bosphorus-bridgebackend

Türkiyənin hansı bölgəsində istirahət etmək olar? Turistlərin ən çox sevdiyi məkanlar-Araşdırma

image-728x90

Türkiyə, coğrafi mövqeyi, tarixi dərinliyi və mədəni müxtəlifliyi ilə dünyanın ən çox ziyarət edilən turizm məkanlarından biridir. Qədim dövrlərdən bu günə qədər Şərq ilə Qərbin qovuşduğu bu ölkə, turistləri həm təbiət möcüzələri, həm də tarixi zənginlikləri ilə heyran edir . 2025-ci ilin ilk 6 ayı ərzində Türkiyəyə ümumilikdə təqribən 25 milyon turist gəlib. Gələn turistlərin çoxu sözsüz ki, Türkiyənin ürəyi sayılan İstanbula  görmək üçün bu şəhəri ziyarət ediblər. Rəsmi rəqəmlərə görə turistlərin 40%-dən çoxu İstanbulda olub.

Bu yazımızda turistlərin ən çox getmək istədikləri yerlər haqqında məlumat verəcəyik.

1. İstanbul

İstanbul, Türkiyənin ən böyük və mədəni cəhətdən ən zəngin şəhəridir. Bosfor körpüsü ilə Asiya və Avropa qitələrini birləşdirən bu şəhər, tarix boyunca bir çox sivilizasiyalara ev sahibliyi edib. İstanbul, təkcə tarixi abidələri ilə deyil, həm də müasir həyat tərzi ilə turistləri cəlb edir. Şəhər, Türkiyəyə gələn turistlərin böyük bir qismini özünə çəkir.

2. Trabzon

Qara dəniz sahilində yerləşən Trabzon, Uzungöl, Ayder Yaylası kimi təbii gözəllikləri və sərin iqlimi ilə tanınır. Şəhər həmçinin ərəb ölkələrindən gələn turistlər arasında da populyardır. Xüsusilə Səudiyyə Ərəbistanı və Körfəz ölkələri vətəndaşları burada daşınmaz əmlak alır.

3. Bursa və Uludağ

Osmanlı imperiyasının ilk paytaxtı olan Bursa, Uludağ dağları, türk hamamları və qədim məscidləri ilə tanınır. Qış idman növləri və termal turizmlə yanaşı, dünyanın ən uzun teleferik xətti də burada yerləşir.

4. Yalova

İstanbul yaxınlığında yerləşən Yalova, termal sular və sağlamlıq turizmi ilə seçilir. Dəniz yolu ilə asanlıqla çatılan bu bölgə, kruiz turizmi, orman içi istirahət mərkəzləri və təmiz çimərlikləri ilə diqqət çəkir.

5. Sapanca Gölü

Sakarya bölgəsində yerləşən Sapanca gölü, təbiət aşiqləri üçün ideal məkandır. Dağ mənzərəsi və gölün sakitliyi, xüsusilə qış aylarında İstanbula yaxın olduğu üçün turistlər tərəfindən üstünlük verilir.

6. Antalya

Türkiyənin “Riviera”sı hesab olunan Antalya, sahil zolağı boyunca uzanan lüks otellər, qədim şəhərlər və gözəl plajlarla zəngindir. Yay aylarında dəniz-kum-günəş turizmi, qışda isə tarixi turizm və alış-veriş ilə məşhurdur.

7. Fethiye və Marmaris

Ege və Aralıq dənizlərinin qovuşduğu bu bölgələr, təmiz suları, təbii limanları və ekstrem idman imkanları ilə tanınır. Ölüdeniz körfəzi, paraşüt idmanı və dalğıc üçün ideal şərait təqdim edir.

8. Bodrum

Muğla vilayətinə bağlı Bodrum, həm zənginlər üçün istirahət məkanı, həm də mədəni tədbirlərin mərkəzi olaraq qlobal turizm xəritəsində mühüm yer tutur. Qumlu çimərlikləri və müasir istirahət mərkəzləri ilə seçilir.

9. Kapadokya

Nevşehir vilayətində yerləşən Kapadokya, vulkanik süxurların arasında oyulmuş qədim yaşayış yerləri və məşhur hava balonu turları ilə tanınır. Tarixi və qeyri-adi landşaftı ilə turistlərin diqqət mərkəzindədir.

10. Pamukkale

Dənizli vilayətində yerləşən Pamukkale, kalsiumla zəngin termal suların yaratdığı traverten təpələri ilə dünyaca məşhurdur. “Pamuk qala” mənasını verən bu bölgə, həm sağlamlıq, həm də vizual gözəllik baxımından unikal bir yerdir.

Türkiyə, zəngin mədəni irsi və unikal təbiət gözəllikləri ilə, istər sağlamlıq, istər tarix, istər dəniz, istərsə də macəra turizmi baxımından turistləri heyran edir. Sizin də yolunuz bu əsrarəngiz ölkəyə düşsə, yazıda qeyd etdiyimiz bu gözəl yerləri ziyarət edin.

Qoşqar Salmanlı

 

image-bosphorus-bridge image-tourizm-in-antalya image-kumlubuk-beach image-derinkuyu image-pamukkale

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90