image-rt-reklam
image-1backend

Türkiyənin 60-dan çox deputatı Xankəndiyə gəlir

image-728x90

Türkiyə Böyük Millət Məclisinin (TBMM) 60-dan çox deputatı Azərbaycana səfərə gəlir.

Ulusal.az xəbər verir ki, bu barədə Report-a TBMM-nin Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım deyib.

Onlar sabah Milli Məclisin 106 illiyi ilə bağlı “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında iştirak edəcəklər.

Daha sonra türkiyəli deputatlar Qarabağa – Şuşa və Xankəndiyə səfər edəcəklər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90