Türkiyənin Uludağ dağ-xizək kurortunda oteldə baş verən yanğında 2222 nəfər həlak olub.
Ulusal.az “Milliyet”ə istinadla xəbər verir ki, hadisə zamanı Pekin Olimpiadasının iştirakçısı 24 yaşlı türk alp xizəkçisi Berkin Usta və atası yanaraq ölüb.
Berkin Ustanın atası Türkiyə Kayak və Snoubord Təlimçiləri Dərnəyinin rəhbəri olub. İdmançının anası da yaralanıb və hazırda reanimasiya şöbəsindədir.
Yanğına səbəb kamin olub. Oteldə 35 yanğın təhlükəsizliyi qaydalarının pozulması faktı aşkar edilib.Publika.az