image-rt-reklam
image-9jpg-1690177204backend

Türkiyəli meteoroloq:“İstidən ölənlərin sayı artacaq”

image-728x90

Türkiyəli meteoroloq Fırat Çukurçayır ölkədə rekord temperaturlar proqnozlaşdırıb. O, bildirib ki, 2024-cü ildə havalar əhəmiyyətli dərəcədə isti olacaq.

Ekspert Türkiyədə temperaturun 2023-cü ilin oktyabr ayına qədər normadan yüksək həddə qalacağını, Egey, Aralıq dənizi, İç Anadolu və Cənub-Şərqi Anadolu bölgələrində temperaturun daha kəskin olacağını söyləyib.

“El-Nino fenomeninin temperatura təsiri adətən onun başlanmasından bir il sonra nəzərə çarpır. Buna görə də Türkiyənin hazırda 2023-cü ildə yaşadığı istilərin 2024-cü ildə özünü daha kəskin göstərməsi ehtimalı var”, – Çukurçayır vurğulayıb.

O əlavə edib ki, 2016-cı il ölkə tarixində ən isti il ​​olub. Lakin bir il sonra 2016-cı ildə müəyyən edilmiş temperatur rekordunun keçiləcəyi proqnozlaşdırılır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90