Türkiyənin cənub-şərqində yerləşən Mersin şəhərində ağır qəza baş verib.
Ulusal.az xəbər verir ki, mikroavtobusun qəzaya uğraması nəticəsində 5 nəfər ölüb, 10-dan çox insan yaralanıb.
Mikroavtobus kənd təsərrüfatı işçilərini aparırmış.
İlkin məlumata görə, qəzada ölən və yaralananların hamısı Türkiyə vətəndaşlarıdır.