image-rt-reklam
image-1backend

Türkiyədə uçqun oldu: Ölənlər var – Anbaan görüntülərVİDEO

image-728x90

Ötən gecə Türkiyədə uçqun olub.

Samsunda baş verən faciəvi hadisə ilə bağlı anbaan görüntülər yayılıb. Hadisə nəticəsində 3 nəfər ölüb, bir nəfər yaralıdır.

Hadisə Canik rayonunun Toptepe mahalındakı yanacaqdoldurma məntəqəsində saat 23.20-də baş verib. Dağdan qoparaq düşən daşlar yanacaqdoldurma məntəqəsinin avtomobil yuma hissəsinə düşüb. Bu zaman orada olan avtomobil dağıntılar altında qalıb.

Əraziyə çox sayda axtarış-xilasetmə və təcili tibbi yardım ekipajları göndərilib. Ana Çiğdem Kaya, aparılan xilasetmə əməliyyatları nəticəsində yaralı olaraq xəstəxanaya aparılıb.

Hadisə nəticəsində ölənlər ata və iki övladıdır. Ana isə yaralı haldadır./Milli.az/

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90