image-rt-reklam
image-otelbackend

Türkiyədə rusiyalı uşaqları oteldən niyə çıxarıblar?

image-728x90

Türkiyə mehmanxanasından qovulan rus uşaqların çoxu evlərinə qayıdıb.

Türkiyənin Kəmər rayonundakı oteldən qovulan rusiyalı uşaqların əksəriyyəti bir neçə reyslə evlərinə qayıdıb. Bu barədə Rusiyanın Ankaradakı səfirliyi bəyanat yayıb.

“Aeroportda Baş Konsulluğun əməkdaşı reys üçün qeydiyyatdan keçərkən böyüklərin müşayiəti olmadan səyahətə çıxmağa məcbur edilən ayrı-ayrı yetkinlik yaşına çatmayanlara dəstək göstərib”, – məlumatda deyilir.

Qeyd olunur ki, uşaqların istirahət etdiyi “Kolibr” düşərgəsinin nümayəndələri əlaqə saxlamağı və zənglərə cavab verməyi dayandırdığından, təyyarə biletləri yenidən və uşaqların öz vəsaitləri hesabına alınmalı olub.

Düşərgədə ümumilikdə 70-dən çox uşaq və məsləhətçi dincəlib, hazırda 20 uşaq və 4 onu müşayiət edən şəxs Türkiyədə qalıb. Uşaqlar düşərgəyə iyulun 26-da gəliblər və bundan sonra ödənişlə bağlı problemlər yaranıb. Uşaqların gecə yuxudan oyandırılaraq küçəyə çıxarıldığı bildirilir.

Diplomatik nümayəndəlikdən bildirilib ki, uşaqlar həqiqətən şirkət rəhbərliyi tərəfindən qovulub. Məsələ hüquqi müstəvidə araşdırılır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90