image-rt-reklam
image-image_750x_68e02369c4f9ebackend

Türkiyədə MOSSAD agenti həbs edildi

image-728x90

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İsrailin xüsusi xidmət orqanı Mossad-la əməkdaşlıqda şübhəli bilinən yerli vətəndaşı saxlayıb. Ulusal.az xəbər verir ki, bu barədə məlumatı TRT Haber xüsusi xidmət orqanlarına istinadla yayıb.

Məlumata görə, “Pandora” detektiv agentliyinin rəhbəri Serkan Çiçək 2025-ci ilin iyulunda Mossad nümayəndəsi ilə əlaqə qurub. O, kriptovalyuta ilə ödəniş qarşılığında (təxminən 4 min dollar) İstanbulda yaşayan fələstinli fəal barədə məlumat toplamağı öhdəsinə götürüb.

Lakin kəşfiyyat orqanlarının bildirdiyinə görə, Çiçək İsrail tərəfinin təqdim etdiyi ünvanda axtarılan şəxsi tapa bilməyib və tapşırığı yerinə yetirə bilməyib.

İstanbul Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində şübhəliyə qarşı əməliyyat yerli təhlükəsizlik qüvvələrinin iştirakı ilə həyata keçirilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90