image-rt-reklam
image-1backend

Türkiyədə işini atıb Qarabağa gəldi – Universitetdə dərs deyəcək

image-728x90

Türkiyəli alim Dr. Hüsrev Kostacı Qarabağ Universitetində dərs deyəcək.

Ulusal.az xəbər verir ki, bu barədə universitetin rektoru Şahin Bayramov “Facebook” hesabında paylaşım edib.

Onun sözlərinə görə, H.Kostacı 2025/2026-cı tədris ilində ali məktəbin Mühəndislik fakültəsində tədrislə məşğul olacaq.

Ş.Bayramov bildirib ki, türkiyəli alimlə görüşüb. Görüş zamanı H.Kostacıya Qarabağ Universitetinin strateji hədəfləri və mühəndislik təhsili sahəsində əsas gözləntilər barədə məlumat verilib.

Türkiyəli alim Qarabağ Universitetində çalışmaqdan məmnunluq duyduğunu bildirib və Mühəndislik fakültəsinin formalaşdırılmasında fəal iştirak edəcəyini vurğulayıb.

Qeyd edək ki, H.Kostacı İstanbul 29 May Universitetində çalışıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90