Bu gün günorta saatlarında İzmitdə Türkiyə Neft Emalı Zavodlarında (TÜPRAŞ) partlayış baş verib.
Partlayışdan sonra ərazidə xəbərdarlıq siqnalı səslənməyə başlayıb.
Kocaeli Böyükşəhər Bələdiyyə Başçısı Tahir Büyükak bildirib ki, planlaşdırılan təlimdə səhv bir şey olmayıb: “Təlim zamanı partlayış olub, xəsarət alanlar barədə məlumat yoxdur”.
Bölgədə olan ilk görüntülərdə obyektdən tüstünün qalxdığı görülüb. Bir müddət sonra yanğın söndürülüb.
İstanbul Sənaye Palatası (İSO) tərəfindən hazırlanan Türkiyənin “500 Ən Böyük Sənaye Müəssisəsinin 2023-cü il” araşdırmasına görə, Türk Neft Emalı Zavodları (TÜPRAŞ) istehsaldan 484,2 milyard lirəlik satışla ən böyük sənaye müəssisəsi adını qoruyub.