Türkiyədə FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 170-ə yaxın şəxs saxlanılıb.
Ulusal.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya “X” sosial şəbəkəsində bildirib.
“Əməliyyat zamanı Türkiyənin 42 vilayətində FETÖ təşkilatı ilə əlaqədə olmaqda şübhəli bilinən 169 vətəndaş saxlanılıb”, – Yerlikaya bildirib.
Qeyd olunur ki, reydlər zamanı tapança və tüfənglər, külli miqdarda xarici valyuta və türk lirəsi, sənədlər və rəqəmsal materiallar ələ keçirilib.