image-rt-reklam
image-1backend

Türkiyədə daha bir tarixi məscid turistlərin ixtiyarına verildi -FOTO

image-728x90

Türkiyənin tarixi Şahzadə Qorqud (Sınıq Minarə) Məscidi turistlərin ixtiyarına verilib. Ulusal.az xəbər verir ki, məscid bərpadan sonra bu gün Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoyun iştirakı ilə açılıb.Nazir Antalyanın ən əhəmiyyətli tarixi binalarından biri olan Şehzade Qorqud (Sınıq Minarə) Məscidi ilə tanış olub.

Məsciddə qılınan cümə namazından sonra mətbuata açıqlama verən Ərsoy işin tarixi, bərpa prosesi və görülən işlər haqqında məlumat verib.

Nazir mətbuata açıqlamasında  məscidin eramızın 6-7-ci əsrlərində kilsə kimi tikildiyini, daha sonra 1481-1530-cu illər arasında Şahzadə Qorqud tərəfindən məscidə çevrildiyini bildirib.

1896-cı ildə yanğın nəticəsində məscid uzun müddət baxımsız qalıb.

“Burada 126 il baxımsız qalmış bir məscid var idi. Amma 2017-ci ildə Vəqflər Ümumi Müdirliyimiz və Antalya Valiliyi ilə birlikdə buranın bərpası işlərinə başlanıldı və tamamlandı. İndi həm xarici turistlər həm də yerli vətəndaşlarımız buranı ziyarət edə biləcək .” – deyə nazir bildirib.

image-2

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90