image-2000x150
image-sosial-sebekebackend

Türkiyədə bu sosial şəbəkə bağlanır

image-728x90

“Meta” Türkiyədə “Threads” tətbiqini müvəqqəti bağlayacaq.

Ulusal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb Rəqabət Qurumunun qərarıdır.

Bildirilib ki, şirkət qərardan apellyasiya şikayəti verəcək.

“Türkiyədə “Threads” istifadə edən hər kəs aprelin 29-dan əvvəl qərarla bağlı məlumatlandırılacaq”, – deyə şirkətdən vurğulanıb.

Beləliklə, istifadəçilər “Threads” profillərini dondura, yaxud silə biləcəklər. Tətbiq Türkiyəyə qayıdarsa, profillərini dondurmağı seçənlərin paylaşımları yenidən görünəcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90