image-rt-reklam
image-1backend

Türkiyədə “3+3” platforması: İran Əraqçinin gələcəyini təsdiqlədi

image-728x90

İranın xarici işlər naziri Abbas Əraqçi Türkiyədə regional “3+3” platformasının iclasında iştirak edəcək.

Ulusal.az xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti İranın Ankaradakı səfiri Məhəmməd Həsən Həbibollahzadəyə istinadən məlumat yayıb.

“Səfir bildirib ki, Türkiyə, İran, Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstanın formalaşdırdığı sülhə nail olmaq məqsədi daşıyan “3+3” platformasının üçüncü iclasının Türkiyədə keçirilməsi planlaşdırılır və İranın xarici işlər naziri Əraqçi bu görüşdə iştirak edəcək”, – deyə nəşr yazır.

“3+3” platforması Cənubi Qafqaz regionunun altı ölkəsi (Rusiya, Türkiyə, İran, Azərbaycan, Ermənistan və Gürcüstan) arasında geniş əməkdaşlığı nəzərdə tutur. Gürcüstan dəfələrlə bu formatda iştiraka dəvət olunub, lakin hələ də onun işinə qoşulmayıb. 2021-ci ilin dekabrında platformanın ilk iclası Moskvada keçirilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90