Türkiyənin Malatya vilayətində zəlzələ baş verib.
Ulusal.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Hallar Xidməti (AFAD) məlumat yayıb.
Yeşilyurt rayonunda baş verən 4,4 maqnitudalı zəlzələ yerin 10,83 kilometr dərinliyində qeydə alınıb.
Zəlzələdən sonra dağıntılar və ya tələfat barədə məlumat verilməyib.