Türkiyə xüsusi təyinatlıları və özəl qüvvələri Suriya ilə sərhəd əraziyə yeridilib.
Bu barədə Türkiyədəki özəl mənbədən bildirilib.
Qeyd edilir ki, Suriya Milli Ordusunun (Azad Suriya Ordusu) Tel-Rıfatı PKK terrorçularından təmizləməsindən sonra bölgədə təhlükəsizliyi təmin etmək məqsədi ilə Türkiyə xüsusi təyinatlılarının ən qısa müddətdə Suriyaya girməsi gözlənilir.
Xatırladaq ki, Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu 8 ildir PKK-nın nəzarətində olan Tel-Rıfatı (Türkiyə sərhədindən 18 km məsafədədir – red.) terrorçulardan təmizləyib. Hazırda ASO-nun Menbiç istiqamətində hərəkət edəcəyi gözlənilir.Axar.az