image-rt-reklam
image-1backend

Türkiyə turizminin daha bir uguru: Ölkə dünyada ən çox “Mavi Bayraqlı” çimərliyə sahib oldu

image-728x90

Türkiyə dünya turizimində daha bir uğura imza atıb. Türkiyəyə axın edən turistlərin ən sevimli əyləncələrindən biri olan çimərlik mövsümünün başladığı bir ərəfədə qardaş ölkə  “Mavi Bayraq” proqramı çərçivəsində daha 577 çimərliklə dünyanın ən çox Mavi Bayraqlı çimərliyinə sahib üçüncü ölkə adına sahib olub.

Bundan əlavə, 29 marina, 18 turizm gəmisi və 8 fərdi yaxta Mavi Bayraqla təltif edilib.

Türkiyə İspaniya və Yunanıstandan sonra yenidən ilk 3-lükdə qərarlaşıb.

Türkiyə Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy da Mavi Bayrağın Türkiyəyə  çox yaraşdığını vurğulayaraq sosial media hesablarında bu mesajı paylaşıb:

“Mavi Bayraq bu il də ölkəmizin sahillərində qürurla dalğalanacaq! 2025-ci ildə dünyanın ən çox Mavi Bayraqlı çimərlikləri, 57217 çimərlikləri olan 3-cü ölkəsi olduq. Qayıqlar, 8 ayrı yaxtalar…

Antalyamız 233 çimərlik ilə bu uğura öndə gedir. Başda Türkiyə Ekoloji Təhsil Vakfı (TÜRÇEV) başda olmaqla, bu uğura öz töhfəsini verən vətəndaşlarımızı təbrik edirəm .”

2025 Mavi Bayraq mükafatlarının təfərrüatları ilə www.mavibayrak.org.tr saytında tanış ola bilərsiniz.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90