2023-cü ildə Türkiyə turizmində rekord qeydə alınıb. Ulusal.az Türkiyə mediasına istinadən xəbər verir ki,beynəlxalq miqyasda xidmət göstərən Antalya Hava Limanında 2023-cü il rəqəmləri, gələn və gedən sərnişinlərin, eniş və qalxan təyyarələrin sayına görə ən yüksək il olan 2019-cu ili geridə qoyub.
2019-cu ildə 35 milyondan çox sərnişinin gəldiyi və təxminən 204 min 500 təyyarə hərəkətinin reallaşdığı Antalya Hava Limanında 2023-cü ildə sərnişin sayı 37 milyonu, təyyarə sayı isə 223 mini keçib.
Hava limanında tutumun artırılması istiqamətində işlər tam sürətlə davam edir.
Gələn il tamamlanması planlaşdırılan işlər ilə sərnişin tutumu 85 milyona yüksələcək.