Türkiyə Super Liqasında çıxış edən 19 klubun ümumi dəyəri açıqlanıb.
Ulusal.az xəbər verir ki, klubların ümumi dəyəri 1,15 milyard avro təşkil edib.
4 böyük klubun (“Qalatasaray”, “Fənərbağça”, “Beşiktaş”, “Trabzonspor”) ümumi dəyəri 735 milyon avro təşkil edir ki, bu da ümumi məbləğin 64 faizi deməakdir.
Müqayisə üçün qeyd edək ki, 2021/22 mövsümündə Super Liqada mübarizə aparan 20 komandanın ümumi heyət dəyəri 1 milyard 90 milyon avro olaraq hesablanmışdı. Həmin mövsüm 4 böyük klub bunun 51,27 faizini təşkil edirdi.
2022/23 mövsümündə cəmi 1,2 milyard avronun 54,9 faizi – 658,88 milyon avrosunu böyük klublar təşkil edib. 2023/24 mövsümündə isə ümumi məbləğ 1,26 milyard avroya yüksəlib və bunu 739,36 milyon avrosu (58,68 faizi) 4 böyük klubun payına düşüb.