Türkiyə ordusu Suriyanın şimalında yerləşən Suluk kəndinə zərbələr endirib.
Ulusal.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb. Bildirilib ki, kəndin cənub əraziləri bombalanıb. Kanal əlavə məlumat vermir.
Yanvarın 5-də Türkiyə ordusu Suriyanın şimalında PKK-nın 32 silahlısını məhv edib.
Qeyd edək ki, Türkiyə ilə PKK arasında münaqişə 1984-cü ildən davam edir.