image-rt-reklam
image-1backend

“Türkiyə NATO-da son sözə malikdir” -Arzuman Muradlı

image-728x90

“Türkiyə Avropada hakim sözə malikdir. Son NATO toplantısı bunu bir daha sübut etdi. Bundan əlavə Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və Krım tatarlarının taleyinə biganə yanaşmadığını dəfələrlə vurğulayıb. Ərdoğanın dediyi kimi, rəsmi Ankaranın əsas prinsiplərindən biri də odur ki, Krım türkləri öz tarixi torpaqlarına qayıtmalıdır və orada, türkəsilli icmanın muxtariyyət hüquqları bərpa olunmalıdır.” – bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

image-1677060887_arzuman-teze-1-2

Politoloq bildirib ki, bunu rəsmi Brüsseldə də, Moskvada da, Vaşinqtonda da başa düşürlər.

Qərbin yalançı vədlərinin əksinə olaraq Türkiyə Ukrayna üçün daha çox iş görüb. Sözsüz ABŞ bunu anlayır və Türkiyənin siyasətini dəstəkləyir. Qərbin ən çox xoşuna gələn, hətta təəccübləndirən də odur ki, Türkiyənin Ukraynaya müxtəlif silahlarla, o cümlədən “Bayraktar” dronları ilə yardım etməsinə baxmayaraq, rəsmi Moskva Ankara ilə “ipləri” qoparmır, hətta, ən vacib məqamlarda belə, yeganə “ünsiyyət kanalı” kimi Türkiyə ortaya çıxır.Bu da, Türkiyə rəhbərliyinin həm siyasi nüfuzunun, həm də Türkiyənin alyansda vacibliyinin bir daha vurğulanması deməkdir. Görünür ki, seçkilərdən əvvəl Putinə qarşı “sərt tədbirlər görüləcəyini” deyən müxalifət liderlərindən fərqli olaraq, Ərdoğanın yürütdüyü siyasətin mahiyyəti tədricən NATO müttəfiqlərinə aydın olmaqdadır. Bu isə o deməkdir ki, Türkiyənin istər siyasi, istərsə də iqtisadi baxımdan müəyyən məqamlarda Qərbdəki müttəfiqlərlə ortaq məxrəcə gəlməsinə ümidlər yaranıb. Türkiyənin Avropa İttifaqına qoşulması ilə bağlı ümidlər də yersiz sayıla bilməz. lazımdır. Qərb dövlətləri bu gün Türkiyən regiondakı rolunu nə qədər “acı” qarşılasa da, danılmaz həqiqət budur, görməmək mümkün deyil.”- deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90