image-2000x150
image-1684145117_memleket_partisi_logo_150523-780x470backend

Türkiyə müxalifətində kütləvi istefalar

image-728x90

Türkiyənin müxalif partiyalarında kütləvi istefalar baş verir.

Türkiyənin Memleket Partiyasının Sinop vilayəti təşkilatı kollektiv olaraq istefa verib. İlk olaraq Memleket Partiyasının Sinop birinci Çorum Millət vəkili Namizədi Həsən Çorum, daha sonra vilayət başçısı Serdar Başağaoğlu istefa etdiyini açıqlayıb. Daha sonra isə əyalət təşkilatından kollektiv istefa bəyanatı verilib.

Memleket Partiyasının millət vəkilləri namizədləri seçkilərə üç gün qalmış Partiyanın sədri Muharrem İncenin prezidentliyə namizədliyini geri götürməsinin partiya daxilində böyük dağıntılara səbəb olduğunu bildiriblər.

Xatırladaq ki, Türkiyənin Memleket Partiyasının sədri Muharrem İncə mayın 11-də CHP və terror təşkilatlarının onun haqqında şantaj xarakterli görüntüləri yayması səbəbilə prezident namizədliyindən geri çəkidiyini açıqlayıb.

Memleket Partiyasında kütləvi istefalar 13 may tarixində başlayıb. İstefa edən üzvlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və Ədalət və İnkişaf Partiyasını (AK Parti) dəstəkləyəcəklərini açıqlayıb.Jamaz.info

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90