Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın Hakurk bölgəsində növbəti əməliyyatını keçirib.
Həyata keçirilən əməliyyat nəticəsində PKK/KCK terror qruplaşmasının üzvlərindən olan və 2015-ci ildən axtarışda olan Zilan Azak öldürülüb.
Onun kod adının “Sema Cuya Çevlik” olduğu bildirilir.
Məlumata görə, adıçəkilən terrorçu təşkilatın dron hücumlarında iştirak edirdi.