image-rt-reklam
image-1backend

Türkiyə millisinin sabiq futbolçusu GÜLLƏLƏNDİ-FOTO

image-728x90

Hadisə 43 yaşlı keçmiş futbolçu Serhat Akının ekspert kimi çalışdığı kanallardan birinin televiziya studiyasının yaxınlığında baş verib. Daha sonra o,fotosunu X-in sosial şəbəkəsində yerləşdirib.

Ulusal.az xəbər verir ki, bu barədə məlumat xarici mediada yayılıb.

Onun həmkarı İbrahim Seten iddia edir ki, iki maskalı şəxs motosikletlə eks-futbolçuya yaxınlaşaraq ona üç dəfə atəş açıb. Güllələrdən biri sol ayağına dəyib.

Beykoz şəhər prokurorluğunun faktla bağlı cinayət işi açdığı bildirilir. Polis şübhəliləri axtarır.

Qeyd edək ki, Akın 2000-2005-ci illərdə “Fənərbağça”da çıxış edib. O həmçinin “Anderlext”, “Köln”, “Karlsrue”, eləcə də Türkiyənin bir sıra klublarında çıxış edib. O, Türkiyə millisində 16 oyun keçirib və 3 qol vurub.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90