image-rt-reklam
image-img-20250919-wa0168backend

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Tanıtma Baş İdarəsi və İnformasiya Texnologiyaları Baş İdarəsi TEKNOFEST-də: FOTOLAR

image-728x90

Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Tanıtma Baş İdarəsi və İnformasiya Texnologiyaları Baş İdarəsi 17–21 sentyabr 2025-ci il tarixlərində İstanbul Atatürk Hava Limanında keçirilən Aviasiya, Kosmos və Texnologiya Festivalında (TEKNOFEST) möhtəşəm stendlə təmsil olunub.

Ulusal.az xəbər verir ki, nazirliyə məxsus 600 kvadratmetr sahəni əhatə edən stenddə “VR Muzey”, “Film Mirasım”, “Artırılmış Reallıq Yeşilçam”, “Süni İntellekt Sənəti”, “Sənət Cibdə”, “Kapadokya VR”, “Yaşıl fon” foto çəkiliş guşəsi, canlı musiqi (karaoke) kimi müxtəlif interaktiv zonalar qurulub. Bununla yanaşı, Slotcar və digər texnoloji oyunlar, fərqli təcrübə məkanları da ziyarətçilərə təqdim olunub.

image-img-20250919-wa0167

Stenddə, həmçinin, vizual materiallar və videolar vasitəsilə Nazirliyin “Gecə Muzeyçiliyi”, “Google Arts & Culture”, “Davamlı Turizm” və “Kültür Yolu Festivalları” kimi layihə və fəaliyyətləri də tanıdılıb.

Aktivasiya zonaları texnologiyanı mədəni və bədii məzmunla birləşdirərək ziyarətçilərin diqqətini cəlb edəcək şəkildə dizayn olunub. Bu sayədə iştirakçılar əyləncəli, öyrədici və müxtəlif turizm məkanlarını tanıma imkanı verən təcrübələr yaşayıblar.

19 sentyabr Cümə günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan festivalda iştirak edərək mükafatlandırma mərasiminə qatılıb. Həmin tədbirdə Türkiyə Mədəniyyət və Turizm nazirinin müavini cənab Serdar Çam da iştirak edib və stendi ziyarət edib.

17 sentyabr Çərşənbə günü isə nazir müavini Batuhan Mumcu, Nazirliyin Tanıtma Baş İdarəsi və İnformasiya Texnologiyaları Baş İdarəsinin stendinin açılışında iştirak edib, burada bəzi təcrübə sahələrini şəxsən sınaqdan keçirib.

image-img-20250919-wa0169 image-img-20250919-wa0168 image-img-20250919-wa0169

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90