image-rt-reklam
image-1backend

Türkiyə klubu millimizin üzvünü transferə çıxardı

image-728x90

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov klubu “Ankaragücü” tərəfindən transferə çıxarılıb.

Ulusal.az xəbər verir ki, 25 yaşlı hücumçu artıq paytaxt təmsilçisinin düşərgəsini tərk edib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Biricni Liqa təmsilçisi hücumçuları Riad Bajiç və Dadaşov arasında seçim edib. Dadaşovun bir sıra klubların maraq dairəsində olduğu üçün onunla yolların ayrılması və transferə çıxarılması qərara alınıb.

Qeyd edək ki, “Ankaragücü” ilə müqaviləsi gələn ilin yayına qədər olan Renat Dadaşovla Azərbaycan klubları, xüsusilə “Neftçi” yaxından maraqlanır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90