Ulusal.az “Anadolu Ajansı”na istinadən xəbər verib ki, Türkiyənin Van şəhərində İranla sərhəddə qanunsuz keçid, qaçaqmalçılıq fəaliyyəti və terrorçuların sızmasının qarşısını almaq üçün sərhəd bölgəsindən 170 kilometrlik məsafədə təhlükəsizlik divarının tikintisi başa çatıb.
Məlumata görə, Ankara Jandarma Mühəndislik Komandanlığına bağlı Mina Axtarış və Təmizləmə Batalyonunun xüsusi komandanlıq qrupları divarın daha təhlükəsiz tikintisini və xəndəklərin qazılmasını asanlaşdırmaq üçün sərhəd boyu minalardan təmizləyiblər.






















