image-rt-reklam
image-media-1dad0e43fe-turkiye-cumhuriyyetinin-100-illik-yubileyi-qignj75h9mctxyw6uk04-620x460backend

“Türkiyə indi dünyada söz sahibi olan bir ölkədir” -Politoloq”

image-728x90

102 il əvvəl, 1923-cü ilin oktyabrın 29-da, Mustafa Kemal Atatürk və silahdaşları imkansızı imkana çevirərək, Türk xalqının və bütün dünya türklərinin gələcəyini dəyişdirdilər. Atatürkün rəhbərliyi altında qurulan Türkiyə Cümhuriyyəti, sadəcə bir ölkənin deyil, bütövlükdə Türk millətinin müstəqilliyi və inkişafı yolunda yeni bir dövrün başlanğıcı oldu.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloq Arzuman Muradlı qeyd edib ki, bu bayram yalnız Türkiyənin deyil, bütün türkdilli ölkələrin bayramıdır

“Çünki 29 oktyabr, Türk dünyasında böyük bir inam və güc mənbəyi olmağa davam edir. Bu gün Türkiyə, hüquqların aliliyinin təmin olunduğu, modern dünyaya inteqrasiya edən, iqtisadi gücü ilə dünyada əhəmiyyətli bir mövqeyə sahib olan bir ölkədir. Həmçinin Türkiyə, hərbi sahədə qüdrətli bir güc olaraq, dünyanın ən güclü ordusuna sahibdir və silah ixracı üzrə dünyada 11-ci sıradadır.” – deyə Arzuman Muradlı qeyd edib.

Politoloq qeyd edib ki, bütün bu nailiyyətlər isə Ulu Öndər Mustafa Kemal Atatürkün qurduğu Cümhuriyyətin nəticəsidir. “Atatürk və silahdaşlarının qoyduğu bünövrə üzərində, Rəcəb Tayyip Ərdoğanın liderliyi ilə Türkiyə daha da möhkəmlənmiş və inkişaf etmişdir. Türkiyəni həm regional, həm də qlobal səviyyədə güclü bir dövlətə çevirmişdir. Azərbaycan-Türkiyə qardaşlığı da bu günlərdə daha da möhkəmlənmişdir. Prezident İlham Əliyevin və Rəcəb Tayyip Ərdoğanın rəhbərliyi ilə, iki ölkə arasındakı münasibətlər “Bir millət, iki dövlət” prinsipinə əsaslanaraq, strateji müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Bu güclü əlaqələr yalnız iki ölkə üçün deyil, bütövlükdə **regionda sülh, təhlükəsizlik və rifahın təmin edilməsində mühüm rol oynayır.”- deyə Arzuman Muradlı bildirib.

Politoloq qeyd edib ki, Azərbaycan və Türkiyə, öz milli və beynəlxalq səyləri ilə regionda və dünyada nüfuzlu bir mövqe qazanmış, strateji müttəfiqliklərini daha da dərinləşdirərək, Şuşa Bəyannaməsi ilə yeni mərhələyə keçmişdir.

“Bu münasibətlər, dünya dövlətləri üçün birlik, güc və qarşılıqlı dəstək nümunəsi təşkil edir. Türkiyənin 29 Ekim Cümhuriyyət Bayramı münasibətilə, biz də qardaş ölkəni təbrik edir, bu böyük bayramın Türk xalqı üçün uğurlar və yeni zirvələr gətirməsini arzulayırıq.Türkiyə, qardaş Azərbaycan və Türk dünyası üçün daha parlaq bir gələcək vəd edir.”- deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90