image-rt-reklam
image-1backend

Türkiyə ilə Gürcüstan arasında əməkdaşlıq proqramı imzalanıb

image-728x90

Türkiyə ilə Gürcüstan arasında 2024-2028-ci illər üçün “Mədəniyyət sahəsində Əməkdaşlıq Proqramı” imzalanıb.

İstanbul Atatürk Mədəniyyət Mərkəzində keçirilən mərasimdə mədəniyyət və turizm naziri Mehmet Ersoy və Gürcüstan Baş nazirinin müavini, mədəniyyət və idman naziri Thea Tsulukiani proqramı imzalayıblar.

Mərasimdə çıxış edən nazir Ərsoy həmkarı ilə Türkiyə ilə Gürcüstan arasındakı münasibətləri müzakirə etdikləri çox səmərəli görüş keçirdiklərini bildirib.

M.Ərsoy iki ölkə arasındakı əməkdaşlığı vacib məqamlarda gücləndirəcəklərini ifadə edərək, “Gürcüstanla ortaq mədəni və tarixi irsimiz var. Ortaq dəyərləri qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürmək bizim əsas vəzifəmiz və məqsədimizdir. İmzaladığımız Mədəni Əməkdaşlıq Proqramı ilə hər iki ölkənin ərazisində osmanlı və gürcü mədəni irsinin mühafizəsi və bərpası üçün işçi qrupu yaradılacaq və fəaliyyət planı hazırlanacaq” deyib.

Nazir Ərsoy Gürcüstan üçün də dəyərli olan Türkiyədəki dünya mədəni irsi nümunələrini gələcək nəslə əmanət etmək şüuru ilə çalışdıqlarını vurğulayıb:

“Artvin və Ərzurum vilayətlərində bir çox əsəri qoruyaraq bu bərpa işləri üçün 4,5 milyon dollardan çox büdcədən istifadə etdik. İmzaladığımız bu proqramla bu işlər qarşılıqlı şəkildə davam etdiriləcək”.

Gürcüstan baş nazirinin müavini, mədəniyyət və idman naziri Tea Tsulukiani isə ümumi mədəni irs nümunələrinin qorunması və bərpası sahəsində gördüyü işlərə görə Türkiyəyə təşəkkür edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90