image-rt-reklam
image-nesib-meclisdebackend

Türkiyə haradadırsa, orada ədalət var –Millət vəkili

image-728x90
“Bu gün Türkiyə Cümhuriyyətinin yaranmasından 102 il ötür. Qurtuluş savaşından dərhal sonra elan olunmuş Cümhuriyyət, böyük bir tarixi yol keçib”.

Ulusal.az-ın xəbərinə görə, bunları deyən Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib ki, uzun illər beynəlxalq təzyiqlər altında əzilməsinə, hər tərəfdən iqtisadi inkişafının qarşısının alınmasına rəğmən, müasir Türkiyə, hörmətli Rəcəb Tayyib Ərdoğan iqtidarında dünyada söz sahibinə, aparıcı dövlətlərdən birinə çevrilib:

“Bu gün siyasi terminologiyada özünü təsdiq etmiş bir həqiqət var. Türkiyə haradadırsa, orada ədalət var.

Bu gözəl bayram münasibətilə qardaş Türkiyə Cümhuriyyətini, bütövlükdə Türk Dünyasını təbrik edir, sülh, əmin-amanlıq, rifah arzulayıram”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90