ABŞ Prezidenti Donald Tramp Qəzzada atəşkəsin əldə olunmasından sonra bölgəyə səfər edib və İsraildə jurnalistlərə açıqlamalar verib.
Tramp açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanıb bu istiqamətdəki səylərini yüksək qiymətləndirib və ona təşəkkür edib.
“Türkiyə fantastik idi, Ərdoğan da möhtəşəm işlər gördü, bizə çox kömək etdi. Onun çox güclü ordusu və çox hörmət edilən bir milləti var”, – deyə ABŞ Prezidenti bildirib.
Tramp daha sonra deyib:”Bu region həmişə problemlərlə dolu olub. Amma indi normallaşacaq. Əgər bu baş verərsə, bu, möhtəşəm olacaq.Qəzzaya getmək istəyərəm. Bundna qürur duyaram. Amma tələsmək olmaz, hər şeyin öz vaxtı var”.