image-2000x150
image-media-arzuman_muradli-yeni_foto_2-amt6k2jxcq8p7rwno0e3-620x460backend

“Türkiyə Ermənistana son xəbərdarlığını edib”- Arzuman Muradlı

image-728x90
“Türkiyənin müdafiə naziri Hulusi Akarın İrəvanla Bakı arasında yeni eskalasiya təhlükəsinin olduğunu bildirməsi Ermənistana xəbərdarlıq mahiyyəti daşıyır. Türkiyə rəsmi İrəvanı xəbərdar etmək istəyir ki, tezliklə sülh müqaviləsi bağlanmalıdır,” –Ulusal.az-a açıqlamasında bu fikirləri politoloq Arzuman Muradlı səsləndirib.
Politoloq hesab edir ki, Türkiyə bu il sülh müqaviləsinin bağlanmasına nail olmağa çalışacaq.
“Akar sülh sazişinin imzalanmasının yubanmasının yeni münaqişə riskini artırdığını bu sözlərlə izah edib: “Vəziyyət qeyri-sabitdir və get-gedə sülh sazişinin tezliklə imzalanmasına ümidimiz sönür. Hazırda münaqişə dondurulsa da, razılaşmanın uzadılması ilə hərbi əməliyyatların bərpası təhlükəsi artır”. Nikol Paşinyanın və ətrafının “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır” və “Ermənistanın qonşularına ərazi iddiaları yoxdur” tipli açıqlamaları azdır, İrəvan sülh sazişini imzalamağa hazır olmalıdır. Hulusi Akar İrəvanı xəbərdar edir ki, məsələnin yubadılmasının Ermənistan üçün ağır nəticələri olacaq.” -deyə Arzuman Muradlı bildirib.
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90