image-rt-reklam
image-image_750x_68ce5c22e3b6dbackend

Türkiyə dünyanın ən geniş diplomatik şəbəkələrindən birinə sahibdir

image-728x90

Ulusal.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin diplomatik şəbəkəsini sürətlə genişləndirdiyini açıqlayıb.

Nazir bildirib ki, hazırda Türkiyənin 263 səfirlik və konsulluğu fəaliyyət göstərir. Bu göstərici Türkiyəni dünyada ən böyük diplomatik şəbəkəyə malik üçüncü ölkə mövqeyinə çıxarır.

Fidan bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi, Ankarada inşası davam edən Xarici İşlər Nazirliyinin yeni binasının təməlqoyma mərasimində səsləndirib.

Onun sözlərinə görə, beş ildən sonra ilk dəfə Nazirlik türk diplomatiyasının tarixi və simvolik əhəmiyyətini əks etdirən xüsusi dizaynlı mərkəzə sahib olacaq. Yeni kompleksin istifadəyə verilməsi və diplomatik şəbəkənin genişlənməsi Türkiyənin regionda və beynəlxalq arenada daha güclü mövqeyə sahib olmasına xidmət edəcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90