2024-cü ilin 11 ayı ərzində Türkiyəyə rekord sayda turist gəlib. Ulusal.az xəbər verir ki,Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin açıqladığı məlumata görə 11 ay ərzində ölkəyə 57 milyon 363 min 350 turist gəlib.
11 aylıq dövrdə xarici turistlərin ümumi sayı əvvəlki ilin eyni dövrünə görə 7,09 faiz artaraq 50 milyon 40 min 427 nəfərə çatıb.
Noyabr ayında Türkiyəyə gələn xarici turistlərin sayı əvvəlki ilin eyni ayına görə 8,25 faiz artaraq 2 milyon 733 min 663 nəfərə çatıb.
Noyabr ayında Türkiyəyə ən çox turist göndərən ölkələr arasında Almaniya birincidir. Almaniyadan 281 min 569 nəfər turist noyabr ayı ərzində Türkiyədə dincəlib.
258 min 918 İranlı turist də noyabr ayında Türkiyədə dincəlib. Noyabr ayında Rusiyadan istirahət üçün 254 min 352 nəfər Türkiyəyə gəlib.