image-2000x150
image-1466973backend

“Türkiyə-Azərbaycan əbədi dostluğu Cənubi Qafqazda sabitliyin qarantıdır”

image-728x90
“Türkiyədə və Azərbaycanda gedən bütün proseslər hər iki ölkənin cəmiyyətlərində eyni dərəcədə maraq doğurur və izlənilir. Türkiyədə növbəti dəfə “Texnofest” kimi əhəmiyyətli bir tədbirin keçirilməsi əlbəttə diqqətdən kənarda qala bilməzdi”.Bu fikirləri  açıqlamasında millət vəkili Cavanşir Feyziyev deyib. Azərbaycan xalqının Türkiyənin bütün uğurlarına sevindiyini xatırladan millət vəkili vurğuladı ki, dövlətimiz Türkiyəni bütün təşəbbüslərində səmimiyyətlə dəstəkləyir.

Cavanşir Feyziyev

““Texnofest-2023” festivalının açılışında müşahidə etdiyimiz xalq coşqusu da bu birliyin tam şəkildə dəstəkləndiyini göstərir. Tədbirin seçki öncəsi vaxta təsadüf etməsi və tədbirdə ölkəmizin Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təmsil olunması da bütövlükdə Azərbaycanın Rəcəb Təyyib Ərdoğana birmənalı və tam dəstəyinin nümayişidir. Türkiyə dövlətinin daha da güclənməsi və Türkiyə xalqının daha firavan yaşaması naminəseçki marafonunun favoriti olan Prezident Ərdoğana göstərilən bu dəstək Azərbaycan xalqının Türkiyə sevgisindən doğan səmimi bir dəstəkdir”.

İlham Əliyevin Türkiyəyə işgüzar səfəri, xalq qarşısında çıxışı, eyni zamanda Bakıda birgə PUA istehsalı zavodunun qurulacağı haqqında verilən anons barədə fikirlərini bölüşən millət vəkili hesab edir ki, bütün bunlar Heydər Əliyevin “Bir millət – iki dövlət” formulunun real həyatdakı təzahürüdür.

“Azərbaycanda Bayraktar Mərkəzinin yaradılması haqqında Prezidentin verdiyi anons da məhz bu amala xidmət edir. Bu onu göstərir ki, bizim gücümüz də birdir, taleyimiz də həmişə birlikdə olacaq. Bu həm gələcəyimiz üçün xalqlarımızın əminliyini möhkəmləndirən bir bəyanatdır, həm də Türkiyə və Azərbaycana qarşı qeyri-səmimi davranan üçüncü tərəflərə ünvanlanan ciddi bir mesajdır. Ölkəmizə qarşı məkrli planlar qurmaq xəyalına düşənlər bilməlidirlər ki, Türkiyənin gücü bizim gücümüzdür”,- deyə Cavanşir Feyziyev qeyd edib.

Türkiyə-Azərbaycan münasibətlərinin tarixin ən yüksək səviyyəsinə qalxmasında Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin rolu danılmaz olduğunu ifadə edən Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi general Yücel Karauz vurğuladı ki, xalqlarımızın üzərinə düşən mühim vəzifə bu qardaşlığı daha da möhkəmləndirərək nəzərdə tutulan hədəfləri daha da irəliyə aparmaqdır.

"Anlamırlarsa, biz başa salarıq" -

Yücel Karauz

“Ulu öndər Mustafa Kamal Atatürkün 1920-ci ildə elan etdiyi “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir”, ümummilli lider Heydər Əliyevin dediyi “bir millət, iki dövlət” və İlham Əliyevin dünən vurğuladığı “bir millət, iki dövlət, tək dəmir yumruq” fəlsəfəsi illər, əsrlər boyunca sönməyəcək bir məşəldir. İki ölkə arasında imzalanan Şuşa Bəyannaməsi də yalnız ölkələrimiz üçün deyil, bütün türk dövlətlərinin yolunu işıqlandıracaq”.

Türkiyədə baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılmasında Azərbaycanın dəstəyini yüksək qiymətləndirən Yücel Karauz bildirdi ki, iki ölkə Prezidentinin Kahramanmaraşda təməlini qoyduğu məhəllənin də əsrlər boyu qardaşlığımızın möhkəmlənməsi uğrunda atılan vacib addımlardandır.

“Yaşadığımız ağır zəlzələ fəlakətindən sonra cənab İlham Əliyevin başçılığı ilə Azərbaycan dövləti, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, bütün xalq ölkəmizə maddi və mənəvi cəhətdən yanımızda olmuşdur. Təməli qoyulan kompleksdə yaşayış üçün vacib olan hər şey nəzərə alınmışdır. Xüsusilə qeyd etmək istəyirəm ki, bu gün Azərbaycan və Türkiyənin hərbi və siyasi gücünü həzm edə bilməyənlər Cənubi Qafqazda təhlükəsizliyi pozmağa cəhd edirlər. Onlar unutmasınlar ki, atılan hər yanlış addımın da layiqli cavabı olacaqdır”.metbuat.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90