“Türkiyə 2023-cü ildə bu silahları istehsal edəcək”- Ulusal.az xəbər verir ki, bunu Radius verlişinin efirində hərbi ekspert Ədalət Verdiyev bildirib.
Hərbi ekspert bildirib ki, Türkiyə bu il bu silahların kütləvi istehsalına başlayacaq.
““Tayfun”, “Atmaca”, “TRLG-230”, “Karaok”, “Gökdoğan” və “Bozdoğan” raketlərinin, “Akya” torpedosunun, “Siper”, “Hisar” və “Sunqur” hava hücumundan müdafiə sistemlərinin kütləvi istehsalı başlayacaq”- deyə ekspert müjdə verib.