image-2000x150
image-12backend

Türk yıldızlarının Bakı səmasında növbəti uçuşları İranı qorxuya salacaq -Arzuman Muradlı

image-728x90
Keçən həftə İran Azərbaycana qarşı daha bir təxribata əl atdı. Bu Fars rejimin davamlı həyata keçirdiyi təxribatlarından biri idi. Politoloq Arzuman Muradlı hesab edir ki, bu fars rejimin köhnə adətidir.
“Bu İranın ilk təxribatı deyil. Səfirliyimizə hücümdan keçən zaman ərzində fars rejimi susqunluğunu nümayiş etdirdi. Bu təxribatı isə daha irəli atılmış addımdır. Hesab edirəm ki, İrana layiqli cavab veriləcək” -deyə Arzuman Muradlı bildirib.
image-1677060887_arzuman-teze-1-2
Arzuman Muradlı bildirib ki, tarix təkrarlanır. İran təyyarələri yenə hava sərhədimizi pozurlar. Tehranın Azərbaycana qarşı planlı təzyiq siyasəti mövcuddur və onu bənd-bənd yerinə yetirməyə çalışır.
“Qısa zaman kəsiyində üzləşdiyimiz təxribatların bir hissəsini xatırlayaq: 1. İkinci Qarabağ müharibəsinin getdiyi günlərdə İran hərbçiləri Azərbaycan ərazisində peyda oldular və xəbərdarlıqdan sonra ərazimizi tərk etdilər. 2. İran nəqliyyat maşınları Ermənistandan Qarabağa yük daşıdılar; 3. Azərbaycan torpaqlarının böyük hissəsini azad etdikdən sonra SEPAH zabitləri Ermənistan üzərindən Qarabağa getməyə başladılar; 4.İran Azərbaycanla sərhəddə nümayişkənarə şəkildə hərbi təlimlər keçirdi; 5. Azərbaycanın İrandakı səfirliyinə terror hücumu təşkil olundu; 6. İranda Azərbaycan vətəndaşı müəmmalı şəkildə yoxa çıxdı; 7. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Bakıda Qlobal Forumuna sayılı günlər qalarkən, Tehranda “Nizami Gəncəvi fars şairidir” yalanı əsasında tədbir keçirdilər. İran təyyarəsinin sərhədimiz ətrafında uçuş keçirməsinə reaksiya verməsək qarşı tərəf sərhəd pozuculuğunu genişləndirəcək. Azərbaycan Xarici İşlər Nazirliyinin İran səfirinə nota verməsi Tehranı durduran deyil. Tehranı ya Azərbaycan təyyarələrinin sərhədə yaxın uçuşları, ya Türkiyə ilə birgə növbəti hərbi təlimləri, ya da 2001-ci ildə olduğu kimi Türk yıldızlarının Bakı səmasında növbəti uçuşları durduracaq.”– deyə Arzuman Muradlı bildirib.
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90